Xəbər lenti

Çadda 7 milyon uşaq poliomielitə qarşı peyvənd olundu
Dünya 18:37 16.07.2026

Çadda 7 milyon uşaq poliomielitə qarşı peyvənd olundu

Çadda həyata keçirilən genişmiqyaslı peyvənd kampaniyası çərçivəsində 7 milyondan çox uşaq poliomielitə (uşaq iflici) qarşı peyvənd olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Epidemioloji Müşahidə İdarəsinin direktoru Abdullaye Annur məlumat verib.

Onun sözlərinə görə, kampaniya zamanı əvvəlcədən müəyyən edilmiş 6 milyon uşağın peyvənd olunması hədəfi 110 faiz yerinə yetirilib.

Annur bildirib ki, ölkədəki ev təsərrüfatlarının 99 faizindən çoxu peyvənd briqadalarını qəbul edib. Peyvənddən imtina edənlərin isə 90 faizdən çoxu aparılan maarifləndirmə işləri nəticəsində razı salınıb.

O qeyd edib ki, kampaniya qaçqınları, məcburi köçkünləri və digər həssas əhali qruplarını da əhatə edib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-cı ildə Çadı poliomielitdən azad ölkə elan etmişdi. Lakin sonradan ölkədə 2-ci tip poliomielit virusuna yoluxma halları yenidən qeydə alınmağa başlayıb.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->