ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz köməkçilərinə andiçmə mərasimindən bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını təşkil etməyi tapşırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayın.
Onlar bildiriblər ki, söhbətin məqsədlərindən biri Ukraynadakı hərbi əməliyyatlara son qoymağa cəhd etmək üçün yaxın aylarda şəxsi görüşün müzakirəsi olacaq.
Söhbətin konkret tarixinin razılaşdırılıb-razılaşdırılmadığı hələlik bəlli deyil. Kanalın həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, Tramp əmindir ki, hərbi münaqişəyə son qoyacaq həll yolu tapmaq üçün məhz Putinlə birbaşa qarşılıqlı əlaqə lazımdır.
Yanvarın 12-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz Donald Trampla Vladimir Putinin görüşünə hazırlığın gedişindən danışıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, təmasların təşkili üzrə iş yalnız bu gün, yanvarın 20-də baş tutacaq Trampın andiçmə mərasimindən sonra başlaya bilər.
Aydın
Şərhlər