Xəbər lenti

DÇ-2026: Fransa mundiala iddialı başladı
İdman01:05 17.06.2026

DÇ-2026: Fransa mundiala iddialı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.
Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.