Şimali Atlantikada "soyuq ləkə"nin reaktiv axınları pozduğu, yay mussonlarının gedişatını dəyişdirdiyi və Cənubi Asiyada 1 milyarddan çox insanın dolanışığını təhlükə altına aldığı aşkar edilib.
Qaynarinfo xəbər verir mi, "soyuq ləkə" qlobal temperatur rekordlarının qeydə alındığı bir dövrdə belə hər keçən gün daha da soyuyan sirli okean bölgəsi kimi xarakterizə olunur.
Yeni araşdırmaya görə, Şimali Atlantikdəki bu anomaliya atmosfer dövranına jet axınları vasitəsilə təsir edir və Hindistanın yay musson sistemində mühüm dəyişikliklərə səbəb olur.
Alimlər bildirirlər ki, bu əlaqə indiyədək diqqətdən kənarda qalan mühüm iqlim mexanizmini ortaya çıxarır və Cənubi Asiyada hava proqnozlarının dəqiqləşdirilməsinə töhfə verə bilər.
"Live Science” nəşrinin məlumatına görə, tədqiqatın aparıcı müəllifi, Hindistan Elm İnstitutu Atmosfer və Okean Elmləri Mərkəzindən iqlimşünas Mahendra Nimmakanti bu dəyişikliklərin xüsusilə kənd təsərrüfatı baxımından böyük risk yaratdığını bildirib.
O qeyd edib ki, Hindistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə kənd təsərrüfatından asılıdır və şimal-qərb bölgələrində gözləniləndən artıq yağıntılar ani daşqınlara və məhsul itkisinə səbəb ola bilər.
Əvvəlki araşdırmalar musson sistemindəki dəyişiklikləri Atlantik Meridional Dövran Sistemi (AMOC) ilə əlaqələndirib. AMOC Atlantik okeanında böyük okean axınları şəbəkəsini formalaşdırır və qlobal iqlimin tənzimlənməsində mühüm rol oynayır.
Alimlər xüsusilə Qrenlandiyanın cənub-şərqində yerləşən və "soyuq ləkə” kimi tanınan bölgəyə diqqət yetirirlər.
Araşdırma musson yağıntılarındakı dəyişikliklərin yalnız Hindistana deyil, qonşu ölkələrə də təsir etdiyini göstərib. Xüsusilə Pakistanda sel riskinin son illərdə artdığı qeyd olunub.
Alimlər bu tendensiyanın davam etməsinin regionda həm sosial, həm də iqtisadi baxımdan ciddi nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Aydın
Şərhlər