Xəbər lenti

Dünyanın ən böyük ayıları səyahətə başladı - Onlar hara gedir?
Dünya 21:50 05.11.2024

Dünyanın ən böyük ayıları səyahətə başladı - Onlar hara gedir?

Planetin ən böyük yırtıcıları illik miqrasiyaya başlayırlar. Hər il Kanadanın Manitoba əyalətindəki kiçik Çörçill şəhəri ovlanmaq üçün lazım olan dəniz buzları bərpa olunmağa başlayan kimi qütb ayılarının müvəqqəti məskəninə çevrilir. 

Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, onlar Hudson körfəzinə gedirlər, burada çoxlu qütb ayılarının əsas şikarı olna suitilərə rast gəlmək olar.

Ayıların quruda olduğu müddət tədqiqatçılar, o cümlədən Qütb Ayıları Beynəlxalq (PBI) komandasına bu heyvanları yaxından araşdırmaq üçün unikal imkan yaradır. Bioloq Alise Makkall oktyabrın sonundan noyabr ayına qədər, tam olaraq Qütb Ayı Həftəsi (27 oktyabr - 2 noyabr) zamanı tundra arabasında araşdırma aparır.

"İndi qütb ayılarının toplanması mövsümüdür. Onlar yayda dəniz buzunu tərk etdilər və bütün bu müddət ərzində yığılmış yağlarla qidalanaraq enerjiyə qənaət etdilər", deyə Makkal bildirib.

İqlim dəyişikliyi Arktikada dəniz buzlarının əriməsi ilə ayıların quruda keçirməyə məcbur olduğu vaxtın miqdarını artırıb. Ayıların uyğunlaşma qabiliyyətini göstərməsinə baxmayaraq, buzsuz uzun müddət onların sağ qalmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Proqnozlara görə, Arktika buzunun daha da azalması ilə quruda olmanın bu yay dövrü daha da arta bilər.

Temperatur aşağı düşdükcə və qış yaxınlaşdıqca ayılar Hudson körfəzində buzun donmasını gözləyərək sahilə doğru hərəkət etməyə başlayır. 

"Dəniz buzları görünən kimi onlar qurudan tez ayrılırlar", deyə Makkal izah edib. 

Buzda ayılar suitiləri ovlayaraq, kalorilərlə zəngin suiti yağını yeyirlər. Yerli sakinlər qütb ayılarının varlığına öyrəşiblər. Heyvanlarla təması minimuma endirmək üçün sirenlərdən və xüsusi zibil qutularından istifadə edirlər. PBI təşkilatı hətta ayıların yaxınlaşmasını aşkar etmək üçün "Bear-dar" erkən xəbərdarlıq sistemini yaradıb.

PBI və Explore.org sayəsində siz qütb ayılarının həyatını canlı müşahidə edə bilərsiniz. "Dəniz buzları qayıdana qədər qütb ayılarını yayımlayırıq. PolarBearsInternational.org saytımızda və Explore.org saytında ayıları canlı görə bilərsiniz. Bu, anaların balalara qulluq etdiyi və erkəklərin yarışdığı anları özündə əks etdirən əsl qütb dramıdır", deyə Makkall qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->