Xəbər lenti

Əməkdar artist:
Sənət 16:16 30.11.2024

Əməkdar artist: "Efirdə bayağı mahnı oxuyanlar cəzalanmalıdır"

"Televiziyalarda Bədii Şura yaradılmalıdır. Hər əlinə mikrofon alanı efirə buraxmaq olmaz".

Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə, Əməkdar artist Cabir Abdullayev deyib. O, insanların musiqi zövqünün korlandığını bildirib:

"Buna heç kəsin haqqı yoxdur. Xalq musiqilərinə toxunmaq olmaz. Musiqini kim korlayırsa, cinayət məsuliyyəti daşıyır. Musiqiyə olan hörmətsizlik həm də xalqa qarşıdır, bu da yol verilməzdir. Uzun illərdir ki, musiqinin içindəyik, üzərimizə yük düşür, cavanlara məsləhətlərimizi verməliyik. Heç kimlə işimiz yoxdur, qazansınlar, amma xalq musiqisinə toxunmaq olmaz. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan musiqisinə zərbə vursun. Xalq və vətənpərvər janrında olan mahnılara daha çox üstünlük verməliyik ki, cavanlarımız da zövqlü böyüsün. Bizim gələcəyimiz indiki cavanların üzərində qurulacaq. Bunlar bilməlidir ki, muğam, xalq və bəstəkar mahnıları nədir, onları bir-birindən ayrıd etməlidirlər"

Cabir Abdullayev qeyd edib ki, inkişaf edən dövlətlərdə Azərbaycan musiqisini daha çox sevirlər:

"Onu görəndə dəhşətə gəlirik. Bəs, Azərbaycanda niyə belədir? Bayağı mahnılar evimizin içindədir və uşaqlarımız da onunla böyüyür. Onların biri cəzalansa, digəri həmin mahnıları oxumayacaq. Oxusa da, ən azı efirdə sələnməyəcək. Ona görə də bayağı mahnıları efirdə oxuyanlar cəzalanmalıdır".

Bahar Rüstəmli 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->