Xəbər lenti

İdman 09:20 01.12.2025

"Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək.

"Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar. 53 matçda hazırkı meydan sahibləri, 38 görüşdə "sarı-qırmızılar" qalibiyyət əldə edib, 45 görüşdə isə heç-heçə qeydə alınıb.

"Qalatasaray"ın Superliqada ən çox məğlubiyyət aldığı (53) və qol buraxdığı (164) komandaya qarşı oynayacaq. "Fənərbağça" isə bu rəqibi qəbul etdiyi son 8 çempionat matçının sadəcə birində (3 heç-heçə, 4 məğlubiyyət) qələbə qazana bilib. Son qalibiyyətə 2022-ci ildə imza atan "sarı-lacivərtlilər" ondan əvvəlki 18 oyunun 14-də (4 heç-heçə) sevinən tərəf olub.

Superliqada ən çox qırmızı vərəqə də bu derbidə göstərilib. "Fənərbağça"dan 26, "Qalatasaray"dan 32 nəfər bu halla üzləşib. 58 qırmızı vərəqənin yarısı 2004/2005 mövsümündən bu yana keçirilən 44 matça təsadüf edib.

Qeyd edək ki, "sarı-qırmızılar" hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->