Dünya 18:16 28.06.2022

İƏT  Şanlıurfanı 2023-cü ilin Turizm Şəhəri seçdi

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin bu gün - iyunun 28-i verdiyi açıqlamada, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Bakıda keçirilən 11-ci Konfransında gözəl və tarixi Şanlıurfa şəhərinin "Turizm Şəhəri 2023” seçildiyini açıqlayıb. 

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Vurğulanır ki, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Üzgül Uzkan Yavuz  Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransında iştirak edib.

Qeyd edilir ki Özbəkistanın Xivə şəhəri də 2024-cü ildə turizm şəhəri seçilib.

M.Arif