Xəbər lenti

Siyasət 18:54 27.04.2023

İlqar Məmmədovla Pənah Hüseynin partiyaları birləşir? (AÇIQLAMA)

İlqar Məmmədovla Pənah Hüseynin partiyaları birləşir? (AÇIQLAMA)

Respublikaçı Alternativ Partiyası (REAL) Azərbaycan Xalq Partiyası ilə birləşəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
 
Partiyanın icra aparatının rəhbəri Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, REAL-ın heç vaxt belə bir fikiri olmayıb:
 
"Bu xəbərlər haradan qaynaqlanır? Birləşmək nədir? Bizim belə bir planımız olmayıb. Yaranan gündən müstəqil fəaliyyət göstərməyə, ideoloji əsaslarla ittifaqların yaradılmasına çalışmışıq. Situativ ittifaqlar keçici və bir qayda olaraq, zəif olurlar. 
 


Sadəcə, Pənah bəy görüşlə bağlı partiyaya müraciət etmişdi. Dünən REAL-ın ofisində İlqar Məmmədovla Pənah Hüseyn arasında görüş oldu. Gələcəkdə Azərbaycanda keçiriləcək seçkilərdə iştirak, "Siyasi partiyalar haqqında” yeni qanun və s. kimi məsələlər haqqında fikir mübadiləsi oldu. 

Nə birləşmək, bizim ideoloji plaltformamız bəllidir. Bu platformaya uyğun olan insanlarla hansısa bir fikir mübadiləsi aparmağımız isə doğaldır”. 
 
Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun görüşü ilə bağlı məlumat yayılmışdı. Məlumatda hər iki  partiyanın vahid təşkilatda birləşəcəyi qeyd edilmişdi. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->