Xəbər lenti

İdman 23:12 24.01.2026

"Liverpul" "Qarabağ"la oyundan öncə ağır itki ilə üzləşdi

İngiltərənin "Liverpul” klubu "Qarabağ”la oyun öncəsi ağır itki ilə üzləşib.

Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Co Qomes zədələnib.

O, hazırda davam edən İngiltərə Premyer Liqasının XXIII turunun "Bornmut”la oyununda xəsarət alıb. Qomes 26-cı dəqiqədə rəqibin hesabı açdığı zaman qapıçı Alisson Bekerlə toqquşaraq dizindən zədələnib. O, matçın 36-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, "Bornmut” ilk hissədən sonra "Liverpul”u 2:1 hesabı ilə məğlub edir.

"Qarabağ” və "Liverpul” yanvarın 28-də üz-üzə gələcəklər.
 

--> -->