Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinin operatoru oğurluq edib.
Qaynarinfo-nun əldə edtidiyi məlumata görə, o, növbə rəsinin 1100 manat pulunu oğurlayıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra operator saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi sıxıntıları ilə izah edib. Məlum olub ki, zərərçəkmişə dəymiş ziyan tam ödənilib.
Zərəçəkmiş də məhkəməyə teleqram vuraraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edib.
Məhkəmənin hökmü ilə müttəhimə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər