Xəbər lenti

NASA alimləri Marsda nəhəng
Dünya 23:34 03.10.2024

NASA alimləri Marsda nəhəng "toz şeytanı" aşkar etdi

NASA-nın Perseverance roveri Marsda iki kilometrlik "toz şeytanı"nın - burulğanın şəklini çəkib. 

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, bu toz burulğanı Jezero kraterinin atmosfer tədqiqatı çərçivəsində qeydə alınan hündür "şeytana" bənzəyir.

Altı təkərli geoloji robot avqustun 30-da Torofare silsiləsi boyunca saatda təxminən 12 mil sürətlə Marsın səthi ilə hərəkət edərkən toz şeytanının alt tərəfini sənədləşdirə bilib.

"Yerdəki tornadolardan fərqli olaraq, bu Mars toz şeytanları daha zəif, lakin daha böyükdür və bu onları Mars atmosferinin incəliklərini anlamaq istəyən elm adamları üçün həyati tədqiqat obyektinə çevirir", deyə məqalədə qeyd edilir.

Nəşrin məlumatına görə, Marsda toz burulğanları ona görə yaranır ki, isti hava qalxıb soyuq hava ilə qarışır, aşağı enir və fırlanan toz sütunları əmələ gətirir. Yer üzündə baş verən tornadolarla müqayisədə daha zəif gücə baxmayaraq, bu burulğanlar çox hündür ola bilər.

Öz növbəsində NASA-nın Jet Propulsion Laboratoriyası qeyd edib ki, toz şeytanları Marsda tozun hərəkət etdirilməsi və yenidən paylanması üçün vacib mexanizmlərdir. Bu cür hadisələrin sayəsində alimlər planetin iqlimi və atmosfer prosesləri haqqında məlumat əldə edə bilərlər ki, bu da sonda Mars üçün hava modellərini təkmilləşdirməyə imkan verəcək.

Şəkillərə əsasən, missiya tədqiqatçıları müəyyən ediblər ki, bu toz burulğanı təqribən 4 kilometr məsafədə, eni isə 60 metrə yaxındır.

"Biz "toz şeytanı"nın zirvəsini görə bilmirik, lakin onun yaratdığı kölgə onun hündürlüyü haqqında bizə yaxşı fikir verir. Əsasən bunlar şaquli sütunlardır. Əgər bu toz şeytanı belə konfiqurasiya edilsəydi, kölgəsi təxminən 2 kilometr hündürlüyünü göstərərdi", deyə Kolorado ştatının Boulder şəhərindəki Kosmos Elmləri İnstitutunun planetşünas alimi və Perseverance elmi qrupunun üzvü Mark Lemmon bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->