NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın Kremlin rəhbəri Vladimir Putinlə telefon danışığını şərh edərək, Ukraynanın bütün proseslərə dərin şəkildə cəlb olunmasının vacibliyini bildirib.
Qaynarinfo xəbər verir ki, bunu o, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində
deyib.
Rüttenin sözlərinə görə, Trampın Putinlə danışığından və onun ardınca Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməsindən sonra "bu prosesin necə inkişaf edəcəyini addım-addım görəcəyik".
"Ukraynanın ətrafında baş verən hər şeyə sıx şəkildə cəlb olunması çox vacibdir", – NATO baş katibi əlavə edib.
"Həlledici məqam ondan ibarətdir ki, sülh sazişi əldə ediləndə Putin bunun son olduğunu, Ukraynanın bir hissəsini yenidən ələ keçirməyə heç vaxt cəhd edə bilməyəcəyini anlamalıdır. Buna görə də bu məsələ danışıqların bir hissəsi olmalıdır və şübhəsiz ki, prezident Trampın komandası da bunu başa düşür", – o vurğulayıb.
Çərşənbə günü Tramp Kreml rəhbəri Vladimir Putinlə telefon danışığı aparıb və sonra onların "Rusiya/Ukrayna müharibəsində baş verən milyonlarla ölümü dayandırmaq istədikləri" barədə razılığa gəldiklərini bildirib.
"Biz birlikdə çox sıx işləmək barədə razılaşdıq, xüsusilə də bir-birimizin ölkələrinə səfərlər etməyi planlaşdırırıq", – ABŞ prezidenti əlavə edib.
Bundan sonra Tramp Vladimir Zelenskiyə zəng edərək gələcək təmasları müzakirə edib.
Alpər
Şərhlər