Xəbər lenti

Nazirlik mərhum nazirin qohumuna 433 minlik tender verdi
Ekonomiks09:39 16.10.2024

Nazirlik mərhum nazirin qohumuna 433 minlik tender verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyi (KTN) 433 146,14 manat dəyərində lisenziya, sertifikat, xidmət, təchizatçı dəstəyi, zəmanətlər və səs sistemi avadanlıqları alacaq. 
Qaynarinfo-nun məlumatına görə, KTN artıq bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Caspel" şirkəti seçilib. 
Bu şirkət 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 146 020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 50B-də yerləşir. "Caspel" MMC-nin qanuni təmsilçisi isə Quliyev Ceyhun Məhi oğludur.
Ceyhun Quliyev 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib. 
Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. 
Seyid