Almaniya kansleri Olaf Şolts Ağ Evin yeni administrasiyasının Ukraynaya hərbi yardımını davam etdirəcəyini gözləyir.
Qaynarinfo xəbər verir ki, siyasətçinin bildirdiyinə görə, ABŞ-ın yeni prezidenti Donald Trampla apardığı danışıqlar zamanı Ukraynaya dəstəyin davam etdirilməsini müdafiə edib. Şoltsun sözlərinə görə, Kreml rəhbəri Putinə aydın siqnal göndərmək lazımdır ki, o, Ukraynaya dəstəyin azalacağına ümid etməsin.
Eyni zamanda kansler təhlükəsizlik zəmanətləri və Amerika hərbi kontingenti olmadan Avropa əsgərlərinin Ukraynada mümkün iştirakı ilə bağlı suala cavab verməkdən yayınıb:
"Əsas rol oynamalı olan məqam odur ki, Ukraynanın dostları onun çox güclü orduya malik olmasını təmin etməlidirlər, hətta bu səviyyə Amerika ordusundan da yüksək olmalıdır".
Xatırladaq ki, Almaniya kansleri bir müddət əvvəl Trampın Ukraynaya dəstəyi onun metallara çıxış hüququ ilə əlaqələndirmək niyyətini mənfi qarşılayıb.
Bundan əlavə, o, Avropa sülhməramlılarının Ukraynaya göndərilməsini müzakirə etməyi məqsədəuyğun hesab etmədiyini bildirib. Onun fikrincə, əvvəlcə real danışıqlar aparılmalıdır.
Alpər
Şərhlər