Almaniyanın Sosial Demokrat Partiyasının (SDP) həmsədri Lars Klinqbeyl ABŞ prezidenti Donald Trampın Rusiya rəhbəri Vladimir Putinlə Ukrayna üzrə əldə etdiyi razılaşmaları "çürük sövdələşmə" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə N-TV
məlumat yayıb.
Klinqbeyl Trampın Putinlə danışıqlar aparmasını və "Ukraynaya qarşı müharibə üçün diplomatik həll yolları axtarmasını" müsbət qiymətləndirib.
"Amma Trampın planlaşdırdığı şey, görünür, çürük bir sövdələşmə olacaq. Ukraynanın və Avropanın başı üzərindən qərar vermək həll yolu deyil", – deyə SDP həmsədri vurğulayıb.
Onun sözlərinə görə, əgər Avropa və Ukrayna danışıqlar prosesindən kənarlaşdırılarsa, bu, problemləri sadəcə gələcəyə ötürəcək və həm Almaniya, həm də Avropanın təhlükəsizlik vəziyyətini daha da pisləşdirəcək.
"Avropa, bəli, Almaniya da bunun üçün daha çox məsuliyyət daşımalıdır", – Klinqbeyl əlavə edib.
Avropa liderləri, xüsusilə də Almaniyanın xarici işlər naziri Annalena Berbok əmindirlər ki, danışıqlar prosesinə Avropa və Ukrayna da cəlb olunmalıdır.
Alpər
Şərhlər