Azərbaycan Xalq Partiyasının (AXP) qurultayının vaxtı açıqlanıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Pənah Hüseyn məlumat verib. Sədr bu qurultayda 3 məsələnin müzakirəyə çıxarılacağını xatırladıb:
"Partiyanın İdarə heyətinin əvvəlki qərarı var idi. Qurultayla bağlı müəyyən hazırlıqlar gedir. Qurultay dekabr ayının 14-də baş tutacaq. İlk olaraq ölkənin ictimai-siyasi vəziyyət müzakirə olunacaq".
Pənah Hüseyn hazırda 4 illiyə partiyanın sədri seçildiyini qeyd edib:
"Amma bu dəfə qurultayın gündəmində təşkilat və mənim sədrlikdən getməyim ilə bağlı məsələlər olacaq. Mən sədrlikdən getmək qərarına gəlmişən. Sədrlikdən gedib sonradan partiyanın qurultayında namizədliyimi irəli sürməyim necə ola bilər? Bu ancaq etimad məsələsidir, bunu qurultay nümayəndələri həll edəcək”.
Pənah Hüseyn siyasətdən getmədiyini də açıqlayıb:
"Qətiyyən, əksinə, bundan sonra daha aktiv formada fəaliyyət göstərəcəyəm”.
Bahar Rüstəmli
Şərhlər