Xəbər lenti

Pənah Hüseyn yeni xalq hərəkatı yaradır (AÇIQLAMA)
Siyasət 12:43 08.10.2024

Pənah Hüseyn yeni xalq hərəkatı yaradır (AÇIQLAMA)

"Xalq Hərəkatının yaradılması ilə bağlı müxtəlif versiyalar, layihələr, mülahizələr, ssenarilər çızılır". 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. 

Onun sözlərinə görə, hərəkatın yaradılması ilə bağlı təklif müxtəlif şəxslər tərəfindən irəli sürülüb:

"O cümlədən mənim də tərəfimdən irəli sürülən bir təklif var. Fikirimcə, indiki variantda ideoloji cəhətdən yaxın olan partiyaların bir mərkəzdə birləşməsi, assotiv birliklərinin yaradılması, siyasi partiyanın və yaxud da hansı partiyanın üzvü olmasından aslı olmayaraq milli, vətənpərvər və demokratik düşüncəli fərdlərin iştirak edəcəyi bir siyasi hərəkatın yaradılması kimi müəyyən təkliflər, ssenarilər gündəmə gətirilir. Fikirimcə, bu məsələ prosesin gedişi ərəfəsində özünün hansısa gerçək formasını tapacaq".
 
Pənah Hüseyn Azərbaycanda siyasi mühitün canlanacağına şübhə etmədiyini vurğulayıb: 

"Proseslərin hansı şəkildə gedəcəyini bir qədər gözləyək. Hələlik bununla bağlı xeyli dərəcədə təşəbüslər var".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->