Xəbər lenti

Pənah Hüseynin partiyası bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı
Siyasət 16:33 03.12.2024

Pənah Hüseynin partiyası bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı

Azərbaycan Xalq Partiyası (AXP) bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, AXP bələdiyyə seçiklərində üzvlərin sərbəst şəkildə iştirakı ilə bağlı qərar verib. 

Partiya bəyan edib ki, bələdiyyə seçkiləri yerli özünüidarə islahatı aparılmadan keçiriləcək. Yerli özünüidarə orqanlarının səlahiyyətsizliyi, formal xarakter daşıması bütövlükdə cəmiyyətdə və AXP üzvləri arasında seçkilərdə tam şəkildə iştiraka maraq göstərilməməsi ilə müşahidə edilir. 

AXP İdarə Heyəti seçkilərdən iştirakdan imtina haqqında siyasi qərarın verilməsini məqsədəuyğun hesab etmir. Ona görə bələdiyyə seçkilərində AXP-nin iştirakı üzvlərin öz mövqelərini sərbəst şəkildə müəyyənləşdirməsi şəklində həyata keçirilməsini məqsədəuyğun hesab edilir. 

Partiya yerli strukturları olduqları ərazilərdə seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->