Amerikalı müğənni Kris Braun keçmiş ev qulluqçusuna təxminən 13 milyon dollar ödəyəcək. Buna səbəb onun malikanələrindən birində qadını itin dişləyərək yaralaması olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazıb.
2020-ci ildə Maria Avila adlı qadına Aida adlı Qafqaz çoban iti hücum edib. İt təhlükəsizlik məqsədilə saxlanılırdı. Məhkəmə materiallarına görə, qadın üz və qol nahiyəsindən ağır xəsarətlər alıb, onlarla tikiş atılıb və dərinin transplantasiyası aparılıb. Hadisədən sonra onda posttravmatik stress pozuntusu və sinir zədələnmələri yaranıb.
Braun ifadəsində bildirib ki, hadisədən sonra iti bağlayıb və təcili yardım çağırılıb. O həmçinin hadisə zamanı evdə olduğunu və media qalmaqalından qaçmaq üçün təcili yardım gəlməzdən əvvəl evdən getdiyini deyib.
Müğənni özünü qismən məsuliyyətli saydığını etiraf etsə də, iddia edib ki, işçini itin təhlükəli ola biləcəyi barədə əvvəlcədən xəbərdar edib. Lakin Avila bacıları bu iddianı təkzib ediblər.
2021-ci ildə Maria Avila məhkəməyə müraciət edib və proses yalnız indi başa çatıb. Münsiflər heyəti onun tərəfini tutub.
Məhkəmə həmçinin Marianın bacısı Patrisiaya 885 min dollar, həyat yoldaşı Oskar Olivoya isə 50 min dollar kompensasiya ödənilməsinə qərar verib.
Aydın
Şərhlər