"Qəbələ” yeni sponsorla müqavilə bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, fəaliyyəti isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və servisindən ibarət "EUROCLİMA” MMC "Qəbələ” Futbol Akademiyasının forma arxası sponsoru olacaq.
Qəbələ şəhər stadionunda baş tutan tədbirdə "Qəbələ” ilə "EUROCLİMA” arasında üç illik sponsorluq müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, akademiyanın komandalarının oyun formalarının arxa hissəsində "EUROCLİMA” brendinin loqosu əks olunacaq.
Əsası 2010-cu ildə qoyulan şirkətin profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında Avropa istesalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisindən ibarətdir. "EUROCLİMA” Almaniyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin, Rusiyanın ən keyfiyyətli Avropa məhsullarının Azərbaycan şəraitinə uyğunlaşdırılmış (işıq, su, qaz) formada ölkəmizə gətirir.
Səbuhi Həsənov
Şərhlər