Rusiya "Şahed” dronları ilə Kiyevə zərbələr endirmədiyi müddətdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun orada olması həm də mənfi tərəfi olan bir vəziyyətdir.
Qaynarinfo xəbər veirr ki, bu barədə hərbi şərhçi Denis Popoviç "Radio NV”-yə efir zamanı bildirib.
"Ruslar Kiyevə zərbə endirməyi dayandırıblar ki, Kelloqa əlavə bəhanə verməsinlər. Amma bu, ikiüzlü bir vəziyyətdir. İndilik bu zərbələr yoxdur. Kelloq yaxın günlərdə gedəcək və bu müddət ərzində ruslar dron ehtiyatı toplayırlar”, – deyə Popoviç bildirib.
Onun fikrincə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kiyevi tərk etdikdən sonra Rusiya bu vaxt ərzində yığa bildiyi böyük sayda dronlarla hücum edə bilər:
"Əlbəttə, belə sakit günlərin olması yaxşıdır və ümid edək ki, bu gecə də sakit keçəcək. Amma toplanma prosesi davam edir”, – deyə ekspert əlavə edib.
Popoviç xatırladıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın gündə 170 ədəd "Şahed” istehsal edə bildiyini açıqlamışdı. Bu rəqəmdən çıxış edərək, həmin dövr ərzində neçə dron hazırlaya biləcəklərini hesablamaq mümkündür.
Qeyd edək ki, daha əvvəl UNİAN yazmışdı: Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın baş naziri Vladimir Putin ABŞ-dan qorxur. O, xüsusən ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun səfəri zamanı Rusiya tərəfindən Kiyevə edilən hücumların intensivliyinin azalmasını buna sübut kimi göstərib.
"General Kelloq gəlib və ardıcıl iki gecə ərzində heç bir kütləvi bombardman olmadı. Bu çox maraqlı bir nümunədir… Hətta insanlar zarafatla deyirlər ki, ona Ukrayna pasportu vermək lazımdır”, – deyə dövlət başçısı qeyd edib.
ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq iyulun 14-də Ukraynaya gəlib. Onun Kiyevdə olduğu vaxt ərzində şəhərə heç bir Rusiya hücumu qeydə alınmayıb. Kelloq Kiyevdə bir həftə qalacağını elan edib.
Alpər
Şərhlər