Ekonomiks 12:37 11.03.2024

Ruslan Əliyevin işdən çıxarılması təsdiqləndi - Qaynarinfo 4 gün əvvəl yazmışdı

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyevin vəzifəsindən azad edilməsi təsdiqlənib.

Qaynarinfo xəbər verir ki,  bu barədə "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev açıqlama verib.

Məlumata görə, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Azər Məmmədov gətirilib.

Qeyd edək ki, Qaynarinfo Ruslan Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbəri martın 7-də yazmışdı.