Xəbər lenti

Rutte: Rusiya indi hücum etsə, NATO hər döyüşdə qalib gələr
Dünya 14:46 15.02.2026

Rutte: Rusiya indi hücum etsə, NATO hər döyüşdə qalib gələr

NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Rusiya hazırda alyansa hücum edərsə, NATO hər bir döyüşdə qalib gələcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Rutte qeyd edib ki, Rusiya ordusu Ukraynada "dəhşətli itkilər” verir və son iki ayda itkilərin sayı təxminən 65 min hərbçi təşkil edib.

O, media üçün keçirilən dəyirmi masada NATO-nun kifayət qədər güclü olduğunu və Rusiyanın alyansa hücum etməyə cəhd göstərməyəcəyini vurğulayıb.

"Rusiya indi bizə hücum etsə, biz hər döyüşdə qalib gələcəyik və əmin olmalıyıq ki, iki, dörd, altı ildən sonra vəziyyət dəyişməsin”, deyə Rutte bildirib.

Aydın
--> -->