Ölkə 17:33 04.06.2023

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 861 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 548 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir.

Ölkədə son sutka ərzində 646, hazırkı dövrədək isə 7 626 218 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 18 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 238 təşkil edir.