NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Çinə təzyiqi artırmaq üçün Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya ilə əməkdaşlığı dərinləşdirəcək. Onun sözlərinə görə, Pekin Asiya-Sakit okean regionunda alyansın təhlükəsizliyinə meydan oxuyur.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun baş katibi "Yomiuri” nəşrinə müsahibəsində
deyib.
"NATO Çini rəqib hesab etmir, lakin bu ölkə bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”, - Stoltenberq bildirib.
Bundan əlavə, baş katibin sözlərinə görə, Pekin Ukraynadakı hərbi əməliyyatlarda yaranan ehtiyacları üçün Rusiyanın silah tədarükçüsüdür.
Xatırladaq ki, iyunun ortalarında Yens Stoltenberq BBC-yə müsahibə verib və orada NATO-nun Çinə qarşı mümkün sanksiyaları müzakirə etdiyini bildirib. Onun fikrincə, Çin həm Rusiya, həm də Qərblə yaxşı münasibətlər saxlamaqla "iki kresloda oturmağa” çalışır.
Nizami Bağırov
Şərhlər