Xəbər lenti

Tacikistanda keçmiş nazir 27 il azadlıqdan məhrum edildi - Dövlət çevrilişinə cəhd
Dünya 13:13 05.02.2025

Tacikistanda keçmiş nazir 27 il azadlıqdan məhrum edildi - Dövlət çevrilişinə cəhd

Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhd işi üzrə hökm çıxarıb. 

Qaynarinfo yerli "Asia Plus" portalına istinadən xəbər verir ki, müttəhimlər, o cümlədən keçmiş xarici işlər naziri Hamroxon Zərifi 18 ildən 27 ilə qədər həbs cəzası alıb.

Ən uzun müddət - 27 il həbs cəzası sabiq nazirə, eləcə də keçmiş parlament üzvü və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzodaya verilib. Məhkəmə Demokrat Partiyasının keçmiş sədr müavini, jurnalist Axmadşox Komilzodanı və Sosial Demokrat Partiyasının sədr müavini, vəkil Şokirjon Hakimovu 18 il, jurnalist və Şokirjon Hakimovun qardaşı qızı Ruxşona Hakimovanı 8 il müddətinə azadlıqdan məhrum edib.

Tacikistan rəsmilərinin həbsləri 2024-cü ilin iyununda başlayıb. "Asia Plus" yazır ki, hakimiyyət bu işlə bağlı rəsmi məlumat vermir, məhkəmə iclasları bağlı qapılar arxasında keçirilir. Bunlardan birincisi ötən ilin noyabrında baş verib. Onlar dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi, həmçinin dələduzluq və milli, irqi, yerli və ya dini ədavətin qızışdırılması maddələri iləittiham olunur. Təqsirləndirilən şəxslərin özləri təqsirli olduqlarını rədd edərək, məhkəmədən onlara bəraət verilməsini istəyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->