Xəbər lenti

Tramp-Putin görüşü: İki lider dünyanı necə
Dünya 15:56 23.12.2024

Tramp-Putin görüşü: İki lider dünyanı necə "böləcək"? (ŞƏRH)

"Tramp Ukraynaya, həm də Rusiyaya təzyiq edəcək ki, onlar öz maksimalist yanaşmalarından əl çəksinlər və yumşalma baş versin".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov gözlənilən Tramp-Putin görüşünün nələri dəyişə biləcəyini şərh edərkən deyib.

Fərhad Məmmədov bildirib ki, Tramp nəyin bahasına olursa-olsun Ukraynada atəşkəsə nail olmaq istəyir:

"Bununla bağlı olaraq o, hazırkı Bayden adminstrasiyasından fərqli olaraq Putinlə birbaşa dialoq aparmaq niyyətindədir. Yanvar ayında Trampın Ukrayna məsələləri üzrə kömkçisi Kiyevə səfər edəcək. Böyük ehtimalla o, daha sonra Moskvaya gedəcək ki, 20 yanvardakı andiçmə mərasimindən dərhal sonra Tramp məsələ ilə bağlı qərarlarını verə bilsin. Ona görə də görüş üçün hazırlıq həyata keçirilməlidir. Trampın Putinlə görüşü bir çox məsələləri əhatə edə bilər. Amma atəşkəsə nail olmaq üçün bir nömrəli məsələ Ukrayna olacaq".
 


Həmsöhbətimiz Trampın Putinin dediklərilə razılaşacağını düşünmür:

"Onun da öz mövqeyi olacaq və istifadə etdiyi instrumentlərdən həm Ukraynaya, həm də Rusiyaya təzyiq edəcək ki, onlar öz maksimalist yanaşmalarından əl çəksin və yumşalma baş versin. Əsaslı şəkildə olmasa da, konkret atəşkəs elan olunsun. Bu cərçivədə Putinlə görüş vacibdir. Çünki birbaşa danışıqlar hər zaman Trampın üstün cəhəti olub".

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb: "Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib. Ona görə də biz bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik".

ABŞ-ın yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->