Şamaxı Dövlət Regional Kollecinə direktor vəzifəsinə təyinat olub.
Qaynarinfo xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədri Ülkər Səttarova bununla bağlı müvafiq əmr imzalayıb.
Sözügedən vəzifəyə Vasif Müslümov təyin edilib.
Qeyd edək ki, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb.
Xatırladaq ki, V.Müslümov yanvarın 7-də həmin kollecə direktor müavini təyin edilib. Ona həmçinin kollecin direktoru vəzifəsinin icrası həvalə olunmuşdu.
Şərhlər