Sağlamlıq 20:55 05.09.2022

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
 
Bu gün koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. Üç və daha çox doza üzrə vakinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.