İtaliyanın "Milan" klubunun sahiblərinin müşaviri Zlatan İbrahimoviç özünü tanrı adlandıraraq, klubun mümkün çempionluğu haqda danışıb.
Qaynarinfo bu barədə "La Gazzetta dello Sport"a istinadən xəbər verir.
İbrahimoviç "Milan"ın çempion olacağına inanırsanmı" sualına belə cavab verib:
"Bəli, hamımız buna inanmalıyıq. Amma bu, bir prosesdir, komanda işidir. İbrahimoviç hələ də tanrıdır. Meydanda olsaydım, bütün suallara cavab verərdim", deyə veteran futbolçu bildirib.
İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib. Onun son klubu İtaliya çempionluğunu qazandığı "Milan" olub. O, həmçinin Niderland, İspaniya və Fransa çempionatlarının qalibi adını qazamıb. İsveçli futbolçu karyerası ərzində "Ayaks", "Barselona", "Yuventus", "İnter", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qalaksi" komandalarında da çıxış edib, İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.
İsveçli forvard matçın hər dəqiqəsində qol vuran ilk futbolçu olub: ilk dəqiqədən 90-cı dəqiqəyə qədər.
Aydın
Şərhlər