Xəbər lenti

10 milyonluq nişan üzüyünü boşandığı ərinə qaytarmayacaq
Maqazin 17:18 22.08.2024

10 milyonluq nişan üzüyünü boşandığı ərinə qaytarmayacaq

Müğənni Cennifer Lopez nişan üzüyünü aktyor Ben Afflekə qaytarmayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.

Ulduzlara yaxın bir mənbə bildirib ki, Cennifer Lopez 10 milyon dollarlıq üzüyü hədiyyə olduğu üçün xatirə olaraq saxlamağı planlaşdırır. Mənbənin sözlərinə görə, müğənni Ben Afflekin 2003-cü ildə ilk nişanı üçün ona hədiyyə etdiyi 3,52 milyon dollar dəyərində olan 6,1 karatlıq çəhrayı brilyant üzüyü də özündə saxlayıb.

"Münasibətlərinin yaxşı getməməsi o demək deyil ki, o, zinət əşyalarını geri qaytarmalıdır. Cennifer Benin onları tərk etməsinə görə özünü günahkar hiss etmir. Ben də açıq-aydın etiraz etmir - o, bunu artıq iki dəfə edib", deyə mənbə bildirib.

Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib - 26 aprel 2024-cü il.

Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların ikinci evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.

Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olublar. Həmin vaxt onlar nişanlansa da, evlənməyiblər. 2021-ci ilin yazında keçmiş sevgililər münasibətlərini bərpa edib və 16 iyul 2022-ci ildə Las Veqasda evləniblər. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->