Xəbər lenti

ABŞ Nümayəndələr Palatası Ukrayna üçün
Dünya 14:34 12.12.2024

ABŞ Nümayəndələr Palatası Ukrayna üçün "Lend-Liz"i dəstəkləmədi

ABŞ-da Nümayəndələr Palatası 2025-ci il üçün müdafiə büdcəsini qəbul edib. Sənəddə Ukrayna üçün "Lend-Liz"in müddətinin uzadılması ilə bağlı müddəa yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova "Facebook" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu il Senat tərəfindən təsdiq edilmiş 2025-ci il müdafiə büdcəsi qanun layihəsində (NDAA) Ukraynada demokratiyanı qorumaq üçün "Lend-Liz” qanununun müddətinin uzadılmasına dair müddəa var idi və Ukraynanın ABŞ-dakı səfirliyi bunu fəal şəkildə müdafiə edib.
"Lakin Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsində belə bir müddəa yoxdur”, deyə səfir bildirib.

Bununla belə, onun sözlərinə görə, səfirlik, xüsusən də ikipartiyalı və ikipalatalı "Stand with Ukraine Act” qanun layihəsində nəzərdə tutulan bu mexanizmi qorumaq üçün fəal işləməyə davam edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->