Xəbər lenti

Dünya 21:19 25.08.2023

Afrika uğrunda savaş, Priqojinin ölümü, QRU-nun "barmağı"... - Sirrlər açılır

Moskvadan Sankt-Peterburqa uçarkən təyyarəsi qəzaya uğrayan Yevgeni Priqojin Afrikadan paytaxta uçub və orada Müdafiə Nazirliyinin Baş Qərargahının Baş İdarəsinə (QRU kimi tanınır-red.) qitədəki əməliyyatlara nəzarəti ələ keçirməsinə mane olmağa çalışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Agenstvo” "Financial Times" və "The Wall Street Journal" nəşrlərinə istinadən yazır.

"Bellingcat"ın jurnalisti Xristo Qrozev hesab edir ki, "Vaqner” özəl hərbi şirkətinin yaradıcısına sui-qəsd cəhdini məhz QRU həyata keçirib.
Yevgeni Priqojin Rusiyaya qayıtmazdan əvvəl Afrikaya səfər edib. "Financial Times" mənbələrə istinadən yazır ki, bu qitəyə səfərə iş adamının QRU-nun regiondakı "Vaqner”in əməliyyatlarına nəzarəti ələ keçirməsinə mane olmaq istəyi səbəb ola bilər. "The Wall Street Journal" yazır ki, üsyandan sonra Priqojinin "sakitcə kənara çəkilməkdən" imtina edib və biznes əlaqələrini qorumağa çalışıb.
 
Keçən cümə günü Mərkəzi Afrika Respublikasındakı bir iş adamı prezident Fostenn-Arşanj Tuaderanı əməkdaşlığa davam etməyə inandırmağa çalışıb. Bu barədə WSJ üç mənbəyə istinadən yazıb.

Qəzetin yazdığına görə, eyni zamanda, Vladimir Putin daha əvvəl şəxsən ölkə prezidentinə Priqojindən uzaqlaşmalı olduğunu deyib.

QRU-nun Priqojinin Afrikadakı əməliyyatlarına nəzarəti ələ keçirməyə çalışmasını nazir müavini Yunus-Bek Yevkurovun başçılıq etdiyi nümayəndə heyətinin Liviyaya səfəri də sübut edə bilər. 

Yevkurov Liviya ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edən Xəlifə Haftarla görüşüb və ona bildirib ki, Liviya Moskva üçün çox önəmlidir: "Bu, səfər etdiyimiz ilk "Vaqner" ölkəsidir”. 

Qəzet yazır ki, Müdafiə Nazirliyinin nümayəndə heyəti Liviyada "Vaqner"in müştərilərinə "rəqabət məlumatı” ötürüb.

"Vajnıye istorii” yazır ki, Priqojinin təyyarəsinin qəzaya uğramasından bir müddət əvvəl Müdafiə Nazirliyi özəl hərbi şirkətlər vasitəsilə Afrikaya döyüşçülər cəlb etməyə başlayıb. 

"Bellingcat"ın jurnalisti Xristo Qrozev Priqojinin təyyarəsinin qəzaya uğramasını Afrika uğrunda yarışla əlaqələndirib. Aleksandr Plyuşevin kanalında efirdə o, Priqojinin "Afrikanın əsas bazarlarına iddialarından əl çəkmədiyindən" onun "məhv edilməsi" daha sonra deyil, dərhal baş verdiyini söyləyib. Onun fikrincə, əməliyyata görə məsuliyyət QRU üzərindədir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->