Almaniya kansleri Olaf Şoltsun Moskva səfərinin ölkədə keçiriləcək 23 fevralda baş tutacaq erkən parlament seçkilərinə qədər mümkünsüz olduğu açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştayt
bildirib.
Hebeştayt bu suala cavab olaraq brifinqdə belə bildirib: "Bəli, hökumət Şoltsun Rusiyaya səfər etməsini seçkilərə qədər istisna edir”.
4 yanvar tarixində Almaniya Bundestaqının deputatı Roderix Kizevetter Şoltsla Putin arasındakı görüşün 23 fevraldan əvvəl keçiriləcəyini bildirmişdi. Almaniya Sosial-Demokrat Partiyası bu açıqlamanı "xain və hiyləgər" olaraq pisləyərək, həmin xəbəri silməsini tələb edib. Kansler Şolts da belə iddiaların yalan olduğunu qeyd edərək, belə bir görüşün nəzərdən keçirilmədiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu görüşün mövcudluğunu inkar edib.
Kizevetter daha sonra öz paylaşımını silib.
Alpər
Şərhlər