Xəbər lenti

İdman 18:04 22.05.2024

"Şamaxı" Azərbaycan I Liqasının qalibi oldu

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (3:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.

Səfərdə "Mingəçevir"lə bərabərə qalan (2:2) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.

Qeydə alınan nəticələrin ardından turnir cədvəliində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 54 xalla ikinci olub.

Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->