Xəbər lenti

Sənət 13:20 07.08.2026

"Atamın yeri boş qalıb, amma onun yolunu davam etdirən var"

"Ailədə atamın yeri boş qalıb. Amma bir təsəllimiz var ki, onun yolunu davam etdirən var".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının mərhum direktoru Yadigar Muradovun oğlu Üzeyir Muradov deyib.

O, atasının sənətdə qoyduğu irsin heç vaxt unudulmayacağını bildirib:

"Atam teatr sənətində bir-birindən dəyərli obrazlar yaradıb. Onun iştirak etdiyi tamaşalar səhnəyə qoyulduqca, xatirəsi də yaşayacaq. Mən fərqli sahəni seçmişəm, həkiməm. Amma qardaşım Yaşar Muradov atamın yolunu davam etdirir. O, hazırda Salyan Dövlət Kukla Teatrının direktorudur və bu vəzifəyə təxminən bir il əvvəl təyin olunub. İnanıram ki, ona göstərilən etimadı layiqincə doğruldacaq".

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->