Xəbər lenti

Bakıda azyaşlının qarnından çıxanlar şoka saldı (FOTO)
Sağlamlıq12:03 28.01.2020

Bakıda azyaşlının qarnından çıxanlar şoka saldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir uşaq maqnit udub.
Qaynarinfo "report”a istinadən xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.
Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib.
Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb.
Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.
Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.
Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.