Xəbər lenti

Blinken Türkiyənin XİN rəhbəri ilə Suriyadakı döyüşləri müzakirə etdi
Dünya 12:48 02.12.2024

Blinken Türkiyənin XİN rəhbəri ilə Suriyadakı döyüşləri müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Danışıqlar zamanı, xüsusilə, Bəşər Əsəd rejimi qüvvələri ilə üsyançılar arasında yenidən başlayan döyüşlər səbəbindən Suriyada vəziyyətin gərginləşməsi müzakirə olunub.  

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bəyanatında bildirilib.

Blinken və Fidan Hələb və digər bölgələrdə mülki şəxslərin və infrastrukturun qorunmasının, həmçinin vəziyyətin gərginləşdirilməməsinin zəruriliyini müzakirə ediblər.  

"Bundan əlavə, onlar Qəzzada mövcud humanitar səyləri, müharibənin dayandırılmasının və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər", – deyə bəyanatda qeyd olunub.  

Suriyanın hakimiyyət orqanları 30 noyabrda ölkənin şimal-qərbindəki Hələb şəhərindən "müvəqqəti qoşun çıxarılmasını" elan ediblər. Bu addım üsyançılara qarşı əks-hücum üçün hazırlıq məqsədilə atılıb.  

Reuters-in mənbələri bildirib ki, Suriya ordusuna üsyançıların daxil olduğu əsas Hələb bölgələrindən "qoşunların təhlükəsiz çıxarılması" barədə göstəriş verilib.  

Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Fransa hökumətləri Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar birgə bəyanatla çıxış edərək, gərginliyin azaldılmasına çağırıblar.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->