Maqazin 12:48 16.11.2022

Cavanşir Məmmədov: ”Özümdə eyib gördüm və...”

"Əməliyyatdan sonra mənə baxanlar deyir ki, cavanlaşmısan”.
 
Qaynarinfo xəbər verir ki, bunu əməkdar artist Cavanşir Məmmədov keçirdiyi estetik əməliyyatından söz açarkən deyib. Müğənni bildirib ki, bəzən cəmiyyətdə estetik əməliyyatı pis qarşılayırlar: 

"Amma bunu pis qəbul eləmək lazım deyil, mən səhnə adamıyam. Güzgüyə baxanda özümdə eyib görmək istəmirəm. Amma özümdə eyib gördüm və bunu nəzərə alıb iki ay bundan əvvəl əməliyyat olundum. Gözümün altında torbacıq, boğazımda isə sallanmalar var idi, onları götürdük. İndi çox yaxşıyam, əməliyyat uğurlu alınıb”. 

Sənətçi cavanlaşmaq istəyənlərə estetik əməliyyat etdirməyi tövsiyyə edib. 

Bahar Rüstəmli