Maqazin 10:18 07.12.2022

Cavanşir Məmmədovun nəvəsi nişanlandı (FOTO)

Əməkdar artist Cavanşir Məmmədovun evində xeyir iş olub.

BAKU.WS xəbər verir ki, sənətçinin qız nəvəsi Rəfiqə xanım evlilik yolunda ilk addım atıb. O sevib-seçdiyi bəylə nişanlanıb.

Bu barədə Cavanşir Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib:

"Nənəm Rəfiqənin xeyir işi oldu. Nişanlandı. Bəy öz qohumumuzdur. Toyun nə vaxt olacağı hələ ki, dəqiq deyil. Bu barədə oğlan evi ilə danışıqlar olmayıb".

Nişan məclisində ən diqqət çəkən məqam isə Rəfiqənin nişan üzüyü olub. Onun üzərində qiməti 28 min AZN qeyd edilib.