Xəbər lenti

Cennifer Lopez boşandıqdan sonra alkoqoldan sui-istifadə etməyə başlayıb
Maqazin 23:20 23.09.2024

Cennifer Lopez boşandıqdan sonra alkoqoldan sui-istifadə etməyə başlayıb

Oskar mükafatlı aktyor Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edən məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez spirtli içkilərdən sui-istifadə etməyə başlayıb. Ulduzun yaxın ətrafı onun vəziyyətindən narahatdır.

Qaynarinfo xəbər verir ki, mənbənin "Radar"a verdiyi məlumata görə, məşhur sənətçidən ayrıldıqdan sonra alkoqolun köməyi ilə ağrısını dindirməyə çalışır. 

Mənbə qeyd edir ki, Lopez boşanmanın öhdəsindən gələ bilmir. Yaxınlar çox narahatdırlar, onun alkoqolikə çevriləcəyindən və artıq spirtsiz yaşaya bilməyəcəyindən qorxurlar.

Ötən gün Lopez və Afflek boşandıqdan sonra ilk dəfə görüşüblər. Hollivudun keçmiş cütlüyü Los-Ancelesdəki bir oteldə bir araya gəlib. Aktyorla görüşməzdən əvvəl Cennifer kokteyl içib. Mənbənin dediyi kimi, o bunu Benlə görüşməyə cəsarət etmək üçün edib.

"Onun Benlə son görüşündən əvvəl spirtli kokteyl qəbul etməsi hər şeyi deyir. Cennifer özünü müalicə edir və bu boşanmanın sərt reallığı ilə bir növ tonik istifadə etmədən öhdəsindən gələ bilmir. Əvvəllər yalnız evdə içirdi, amma indi bu onun gündəlik həyatının bir hissəsidir və qarışdırdığı kokteyllər yəqin ki, gücü təsirə malikdir", deyə mənbə bildirib.

2022-ci ilin yayında Cennifer Lopez və Ben Afflek ilk nişanlarından 20 il sonra evlənib. Bu evlilik müğənni üçün dördüncü evlilik olub. O, 1997-1998-ci illərdə ofisiant Ohani Noah, 2001-2002-ci illərdə isə rəqqasə Kris Cudd ilə evli olub. Lopezin üçüncü əri müğənni Mark Entonidir: 2004-cü ildə evləniblər, 2008-ci ildə Maks və Emmi adlı əkiz uşaqları olub, 2011-ci ildə isə boşanıblar.

Afflekə gəlincə, o, 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Keçmiş həyat yoldaşlarının birlikdə üç övladı var: Violet, Fin və Samuel.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->