Müğənni və aktrisa Cennifer Lopez "CBS News Sunday Morning" proqramına müsahibəsində aktyor Ben Afflek ilə boşanmasından danışıb.
Qaynarinfo bu barədə "People" nəşrinə istinadən xəbər verir.
Lopez ayrılığı "həyatının ən yaxşı anlarından biri" adlandırıb. O bildirib ki, bu hadisə onu dəyişdirib və bu gün olduğu insan olmasına kömək edib. Müğənni etiraf edib ki, Ben Afflekin icraçı prodüseri olduğu "Hörümçək qadının öpüşü” filmi üzərində işlədiyi dövr onun üçün çətin keçib.
"Bu, həqiqətən də ağır vaxt idi. Çəkiliş meydançasında xoşbəxt idim, amma evə qayıtdıqda hər şey başqa cür olurdu. Özümə sual verirdim: "Mən bu şəraitdə necə işləməyə davam edə bilərəm?", deyə Lopez bildirib.
Martın sonunda Ben Afflek "GQ” jurnalına müsahibəsində Lopezlə boşanmasının səbəblərindən danışıb. O, müğənninin "Heç vaxt danışılmamış ən böyük sevgi hekayəsi” adlı sənədli filminin münasibətlərində ciddi böhrana səbəb olduğu barədə şayiələri təkzib edib.
Aktor etiraf edib ki, Cennifer Lopezlə onların şəxsi həyatının nə dərəcədə ictimaiyyətə açıq olmasına dair razılığa gəlməkdə çətinlik çəkirdilər. Lakin o, həyat yoldaşını dəstəkləmək üçün filmdə iştirak etməyə razı olub.
Xatırladaq ki, 2024-cü il avqustun 20-də mətbuatda Cennifer Lopezin Ben Afflekdən boşanma üçün məhkəməyə müraciət etdiyi xəbər yayılıb. O, sənədləri Los-Anceles Ali Məhkəməsinə vəkilsiz təqdim edib. Onların ayrılma tarixi 26 aprel olaraq göstərilib.
Aydın
Şərhlər