Xəbər lenti

Cennifer Lopez və Ben Afflek rəsmi olaraq ayrılır - Razılaşa bilmədilər
Maqazin 23:28 01.08.2024

Cennifer Lopez və Ben Afflek rəsmi olaraq ayrılır - Razılaşa bilmədilər

Uzun müddətdir evliliklərində böhran yaşayan Oskarlı aktyor, Hollivud ulduzu Ben Afflek və məşhur amerikalı müğənni Cennifer Lopez rəsmən ayrılır. Cütlük bir neçə dəfə barışmaq cəhdindən sonra münasibətlərini bərpa edə bilməyib.

Qaynarinfo "DailyMail"ə istinadən xəbər verir ki, insayderlər 51 yaşlı aktyorla həyat yoldaşının artıq boşanma sənədləri hazırladığını bildiriblər. 

Ancaq boşanma prosesinə başlamaq üçün sənədlər hələ də müvafiq quruma gəlməyib. Çox yaxında cütlük ayrıldıqlarını pərəstişkarlarına elan etməyi planlaşdırır.

Üstəlik, Los-Ancelesdə ortaq mülkün satışı ilə bağlı şayiələr təsdiqlənib. Cütlük Beverli Hillsdəki malikanələrini satışa çıxardıqdan dərhal sonra Afflek özünə 20 milyon dollardan çox qiymətə yeni ev alıb. Yeri gəlmişkən, bu, aktyorun iştirak etmədiyi Lopezin ad günündə baş verib.
 


Müğənninin özü də artıq Nyu-Yorkdakı dörd otaqlı penthausunu 23 milyon dollara satıb. Yəqin ki, sənətçi Los-Ancelesdə yeni ev almağı planlaşdırır.

Mənbələr həmçinin qeyd edib ki, Cennifer və Ben hazırda boşanmalarını elan edəcəkləri birgə bəyanat hazırlayırlar.

Yeri gəlmişkən, Ben və Ceyin 2001-ci ildə münasibəti olub. Akklek sevgisini elan edib və onlar 2003-cü ildə toy planlaşdırıblar, lakin anlaşılmazlıq səbəbindən toyu ləğv ediblər. Onıar 20 illik fasilədən sonra 2022-ci ilin iyulunda gizli şəkildə evləniblər. Bununla belə, 2024-cü ilin mart ayından etibarən cütlük birlikdə ictimaiyyət qarşısına çıxmayıb və onların mümkün ayrılması ilə bağlı şayiələr yayılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->