Xəbər lenti

Cennifer Lopezin uzun sevda yolu: Axır ki, Affleklə birləşdi
Maqazin 13:11 18.07.2022

Cennifer Lopezin uzun sevda yolu: Axır ki, Affleklə birləşdi

Amerikalı ulduzlar Cennifer Lopez və Ben Afflek iyulun 16-da evləniblər. Toy mərasimi Las-Veqasda baş tutub. Şənliyə yalnız ən yaxın adamlar qatılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Mərasimin gizli keçirildiyi bildirilir. Onların toyu ilə bağlı məlumatı cütlüyə yaxın bir şəxs təsdiqləyib, baxmayaraq ki, onlar özləri bu hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.

Lakin fanatlar uzun illərdir ki, bu xəbəri gözləyirdilər. Lopez və Afflek 2000-ci illərin əvvəllərində görüşməyə başlayıblar. 2003-cü ildə nişanlandıqlarını elan ediblər, lakin bir il sonra evlənmədən ayrılıblar.

Bir müddət sonra Lopez musiqiçi Mark Entoni ilə evlənib və ondan iki uşaq dünyaya gətirib. Afflek aktrisa Cennifer Qarnerlə evlənib. Amma cütlüklərin heç birinin münasibətləri uzunömürlü olmayıb.

Uzun illər sonra Lopez və Afflek yenidən bir araya gəliblər. Əvvəlcə görüşdüklərini gizlətsələr də, sonradan bir-birlərinə olan hisslərini etiraf ediblər. Onlar birlikdə çox vaxt keçirir, səyahət edir və şəhərkənarı kotteclərdə istirahət edirlər.

Və 2022-ci ildə bir çox pərəstişkarının gözlədiyi baş verib. Cütlük nəhayət münasibətlərini rəsmiləşdirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->