Amerikalı aktyor Conni Depp və Hollivud ulduzu Ancelina Coli arasında gizli romantik münasibətlərin başladığı iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radar Online" nəşri mənbələrə istinadən yazıb.
Mənbənin sözlərinə görə, cütlük Londonda və Los-Ancelesdə bir neçə dəfə görüşüb və bu münasibətlər uzun illərdir dostluq çərçivəsində qalaraq flirt həddində olub: "Onlar lüks restoranların qapalı otaqlarında və sakit klublarda görüşür, diqqət çəkməməyə çalışırlar. İllərdir münasibətləri flört və maraq üzərində qurulub".
Mənbə qeyd edir ki, Conni Depp uzun illərdir Ancelina Coliyə qarşı gizli simpatiya duyub. Hətta aktyorun yaxın çevrəsi onun keçmiş həyat yoldaşı Ember Hördə bu qədər bağlanmasının səbəbinin əslində Coliyə duyduğu hisslər olduğunu düşünür.
Eyni mənbənin sözlərinə görə, Coli də aktyora biganə deyil: "Ancelina onun haqqında yüksək fikirdədir. Onlar birlikdə "Turist" filmində çəkiləndə gözəl vaxt keçirmişdilər. O, Conni haqqında "xüsusi bir insan" deyə danışır və bildirir ki, o, Colidə nadir bir enerji və ilham yaradır".
Ancelina Coli 2014-cü ildə aktyor Bred Pitt ilə evlənmişdi. Onların altı övladı var: oğulları Maddoks Şivan, Paks Tien və Noks Leon, qızları isə Zahara Marli, Şaylo Nuvel və Vivyen Marşelindir. Cütlük 2016-cı ildə ayrılıb.
Conni Depp isə 2015–2017-ci illər arasında aktrisa Ember Hördlə evli olub. Hörd onu ailə zorakılığı ilə ittiham etmişdi. Depp 2019-cu ildə onu böhtana görə məhkəməyə verib və bu proses 2020-ci ilin aprelindən 2022-ci ilin iyununa qədər davam edib. Məhkəmə nəticəsində Hörd 10 milyon dollar təzminat ödəməyə, Depp isə ona 2 milyon dollar mənəvi kompensasiya verməyə məhkum olunmuşdu.
Aydın
Şərhlər