Xəbər lenti

DYP "20 Yanvar"da reyd keçirdi, "yazma, bunu burax" deyən şəxs cərimələndi
Dünya14:14 15.04.2024

DYP "20 Yanvar"da reyd keçirdi, "yazma, bunu burax" deyən şəxs cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın 20 Yanvar dairəsində və Şamaxinka adlanan ərazidə reyd keçirib.  
Qaynarinfo-nun məlumatına görə, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, "yazma, bunu burax" kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib. 
Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib. Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb. 
Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.
Əhməd