Elektron siqaretlər normal siqaretlər qədər təhlükəlidir

Elektron siqaretlər normal siqaretlər qədər təhlükəlidir

Elektron siqaretlər infarkt riskini artırır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barəə ABŞ-ın Kansas Universitetinin Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb. 

Araşdırmalar zamanı məlum olub ki, elektron siqaretlərdən istifadə edənlərin infarkt olması riski, siqaret çəkməyənlərlə müqayisədə 34 faiz daha çoxdur. Həmçinin elektron siqaret aludəçilərində xroniki ürək çatışmazlığı riski 25, depressiya və nevroloji pozulma riski isə 55 faiz və daha çoxdur.

Tədqiqatlar 2014, 2016 və 2017-ci illər ərzində təxminən 100 min insan arasında aparılıb.

Araşdırma elektron siqaretlərin normal siqaretlərdən və ya digər tütün məhsullarından daha az zərərli olması ilə bağlı heç bir məlumatı özündə əks etdirmir. Lakin düşünüləndən daha çox zərərli olduğu qeyd olunur.

Qeyd edək ki, ABŞ Səhiyyə Nazirliyi də enerji daşları ilə çalışan və maye nikotin tərkibli bu məhsulların sağlamlıq üçün təhlükəli olduğuna dair uzun müddətdir ki, xəbərdarlıq yayır.
XƏBƏRLƏR
BLOGLAR