Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhəti yenidən pisləşib.
Bu barədə Qaynarinfo-ya məlumat verən direktorun sözlərinə görə, həkimlər ona üçüncü dəfə əməliyyat olunacağını deyib:
"Bu günlərdə müayinə olundum. Həkimlər limfa düyünlərinin böyüdüyünü bildirdilər. Bu səbəbdən də üçüncü dəfə əməliyyat olunacağıma qərar verdilər”.
Yadigar Muradov üçüncü əməliyyat vaxtının həkimlər tərəfindən dəqiqləşəcəyini bildirib.
Qeyd edək ki, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov uzun zamandır, xərçəng xəstəliyindən əziyyət çəkir. Direktor xəstəliyi ilə bağlı ayrı-ayrı aylarda iki dəfə əməliyyat olunub.
Bahar Rüstəmli
Şərhlər