Xəbər lenti

Ölkə 11:59 30.11.2023

“Evdən qaçan yeniyətmə qızlar kriminal qrupların girovuna çevrilir” - Ekspert

"Həmin şəxslərin əksəriyyəti ailə münaqişəsi zəminində problem yaşayan yeniyetmə qızlardır. Onlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qurduğu insanların şirnikləşdirici vədlərinə aldanaraq evdən qaçan, gözəl həyat arxasınca gedən yeniyetmələrdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə noyabr ayında itkin düşən yeniyentmələrdən danışarkən deyib. 

Sədr bildirib ki, yeniyetmə evdən çıxır və 24 saat ərzində geri dönüş etmədiyindən axtarışa verilir:

"Əslində, həmin insanların yeri qısa zamanda müəyyən olunur. Azərbaycanda bu günə kimi çox az sayda itkin düşən insan var. İtkin düşməsi deyilən şəxslər qısa zamanda araşdırılır və tapılır. Onların arasında qadınlar da var, amma onlar itkin düşməyib”. 
 


Kəmalə Ağazadə hesab edir ki, həmin yeniyetmələr ailələrinə üsyan edərək evlərini tərk edirlər: 

"Düşünürlər ki, evdən getsələr, problemləri həll olunacaq, rahat həyat yaşayacaqlar. Bunun qarşısının alınması üçün ailələrlə iş aparmağın ən gözəl üsulu sosial şəbəkələr üzərindən düzgün informasiyanın yayılması ola bilər. Məlumatın geri dönüşü olmadığından insanlarda fikir formalaşır ki, filankəs getdi və tapılmadı. Nəticədə, ya sığınacağa, ya cinayətkar qrupların əlinə düşürlər, ya da ailəyə geri dönüş edirlər. Onların ölkədən çıxarılması inandırıcı deyil”. 

Kəmalə Ağazadə bildirib ki, ailədaxili münasibətlər, biganəlik, diqqətdən kənar qalmaları yeniyetmələri belə addımlara sövq edir.

Qeyd edək ki, noyabr ayında 13 qadın itkin düşməsi ilə bağlı məlumat yayılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->